Mövsümün ən yaxşısı
31.05.2025 , 15:30

“Atletiko”da 2024/25 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, komandanın hücumçusu Xulian Alvaresdir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı oyunçu “Atletiko” ilə debüt mövsümündə 37 La Liqa matçında 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
