Mövsümün ən yaxşısı
16.05.2025 , 15:26

“Manşester Yunayted”də mövsümün ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, komandanın kapitanı Bruno Fernandeşdir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən səsvermədə Amad Diallo və Harri Maquayrı qabaqlayıb.
