Mövsümün ən yaxşısı
06.05.2025 , 13:59

“Çelsi”də 2024/25 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, komandanın yarımmüdafiəçisi Moyzes Kaysedodur.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı ekvadorlu oyunçu bu mövsüm komandanın heyətində 41 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
