Mövsümün ən yaxşı oyunçusu
03.05.2024 , 21:36

İngiltərə Futbol Jurnalistləri Assosiasiyası İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusunu seçib.
Korner.az xəbər verir ki, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodendir.
O, 42 faiz səslə Deklan Rays (“Arsenal”) və Rodrini (“Mançester Siti”) qabaqlayıb.
