Mövsümün ən yaxşı məşqçisi
22.05.2024 , 11:11

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardioladır.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssis namizədlərdən Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”), Andoni İraola (“Bornmut”) və Yurgen Kloppu (“Liverpul”) qabaqlayıb.
