Mövsümün ən yaxşı gənc futbolçusu
21.05.2022 , 15:24

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı gənc futbolçusu bəlli olub.
Korner.az xəbər verir ki, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodendir.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı oyunçu bu mövsüm Premyer Liqada 27 oyund 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
