Mövsümün ən yaxşı futbolçusu kim olacaq? – Namizədlər
18.05.2023 , 18:58

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Namizədlər arasında futbolçulardan Kevin De Bruyne və Erlinq Haland (hər ikisi “Mançester Siti”), Martin Edeqor və Bukayo Saka (hər ikisi “Arsenal”), Harri Keyn (“Tottenhem”), Markus Raşford (“Mançester Yunayted”) və sonda Kiran Trippye (“Nyukasl”) yer alıb.
