Mövsümün ən yaxşı futbolçusu kim olacaq? – Namizədlər
17.08.2023 , 19:45

UEFA 2022/2023 mövsümünün ən yaxşı futbolçusu adına son namizədləri açıqlayıb.
Korner.az xəbər verir ki, namizədlər arasında “Mançester Siti”dən Kevin de Bruyne, Erlinq Haaland və “İnter Mayami”dən Lionel Messi yer alıb.
Qalib avqustun 31-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində məlum olacaq.
