Mövsümün ən sürətli futbolçusu
17.04.2020 , 16:59

Fransanın “Le Figaro” nəşri bu mövsüm ən sürətli qaçan 3 futbolçunun adını açıqlayıb.
Korner.az xəbər verir ki, ilk pillədə PSJ-nin futbolçusu Kilian Mbappe qərarlaşıb.
Futbolçu bu mövsüm qarşılaşmaların birində 36 km/saat sürətlə qaçıb.
Siyahının ikinci sırasında “Atletik”dən İnyaki Uilyams (35,7 km/saat), üçüncü sırada isə “Arsenal”dan Pyer-Emerik Obameyanq (35,5 km/saat) yer alıb.
