Mövsümü erkən bitirdi
15.01.2025 , 10:30

“Arsenal” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Qabriel Jezus zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu İngiltərə Kubokunun 1/32 final mərhələsinin “Mançester Yunayted”lə matçında sıradan çıxıb.
Tibbi müayinədən keçən 27 yaşlı oyunçuda çarpaz bağının qopması məlum olub.
O, bu səbəbdən mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.
