Mövsümü erkən bitirdi
03.04.2025 , 22:56

“Arsenal” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın müdafiəçisi Qabriel Maqalyayns sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Fulhem”lə görüşdə zədə alan 27 yaşlı oyunçu zədə səbəbindən cari mövsümü erkən başa vurib.
Yaxın günlərdə əməliyyat olunacaq braziliyalı futbolçunun yeni mövsümdə meydanlara qayıdacağı bildirilib.
