Mövsümü erkən başa vurdu
06.02.2025 , 19:37

“Mançester Yunayted” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İngiltərə nəhənginin argentinalı müdafiəçisi Lisandro Martinez “Kristal Pelas”la oyunda sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayəb.
Futbolçunun sağ dizində ön çarpaz bağının yırtılması səbəbindən mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
27 yaşlı oyunçu bu mövsüm “Mançester Yunayted” forması ilə bütün yarışlarda 32 matçda meydana çıxıb.
