Mövsümü erkən başa vura bilər
13.02.2025 , 21:35

“Mançester Siti”nin futbolçusu Manuel Akanci zədələnib.
Korner.az xəbər verir ki, o, Çempionlar Liqası pley-off mərhələsinin “Real”la matçında (2:3) sıradan çıxıb.
29 yaşlı mərkəz müdafiəçisinin zədəsinin ciddi olduğu bildirilir.
İsveçrəli oyunçu mövsümün sonuna qədər meydanlardan uzaq qala bilər.
