Mövsüm sonu klubdan ayrılacaq
27.04.2023 , 17:49

Bu mövsüm çıxışı ilə Super Liqaya damğasını vuran Enner Valensiyanın “Fənərbağça”dakı gələcəyi maraq doğururdu.
Korner.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq ekvadorlu hücumçu klub ilə razılığa gəlməyib. “Fənərbağça” rəhbərliyinin son təklifini rədd edən təcrübəli hücumçu komandadan ayrılmaq qərarına gəlib.
Enner Valensiyanın artıq yeni komandası da bəlli olub. 33 yaşlı hücumçunun Braziliyanın “İnternasional” klubuna keçəcəyi gözlənilir.
