Mövsüm azarkeşlərin iştirakı ilə bərpa olundu
25.05.2020 , 18:01

Koronavirus pandemiyasına görə dayandırılan Vyetnam çempionatı bərpa olunub.
Korner.az xəbər verir ki, əvvəlcə ölkə kubokunun oyunlarına start verilib.
1/16 final mərhələsində “Nam Din” “Hoanqan Zyalay” ilə qarşılaşıb. Görüş “Nam Din”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda azarkeşlər də iştirak edib.
