“Marsel”dən Meksika klubu “Tiqres”ə transfer olan Andre Pyer Jinyakın gedişi türk futbolçu Mövlud Ərdinçi Fransa Liqa 1-də ən çox qol vuran oyunçuya çevirib.
Korner.az-ın məlumatına görə, hazırda Liqa 1-də çıxış edən futbolçular arasında ən çox qol vuran futbolçu məhz Türkiyə yığmasının üzvüdü.
Fransa birinciliyində “Loryan”, “Tuluza” və “Marsel” formaları ilə meydana çıxmış Jinyak ümumilikdə 303 oyunda 101 qola imza atmışdı.
