“Çelsi” Fernando Torresi satmayacaq.
Korner.az-ın məlumatına görə London təmsilçisinin təcrübəli baş məşqçisi Joze Mourinyo ispan hücumçunun komandadan ayrılmasını istəmədiyini bildirib.
Portuqaliyalı mütəxəssis bildirib ki, yeni mövsüm quracağı heyətdə Torres də olacaq:
“O, yaxşı futbolçudur. Düzdür, hər oyunda qol vuran hücumçulardan deyil, ancaq Torres komanda üçün lazımlı futbolçudur. Buna görə də “Çelsi”də qalacaq”.