Mourinyonun yeni klubu məlum oldu
24.05.2024 , 13:00

Məşhur məşqçi Joze Mourinyo bu dəfə gündəmə gəlib.
Korner.az xəbər verir ki, təcrübəli mütəxəssis Səudiyyə Ərəbistanı komandasını çalışdıra bilər.
Onunla “Əl-Qadisiyyə” klubunun danışıqlar apardığı bildirilir.
Tərəflər arasında razılıq əldə olunarsa, keçidin yaxın zamanda baş tutacağı gözlənilir.
