Mourinyonun yeni iş yeri
11.01.2019 , 15:45

“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo futbol şərhçisi kimi fəaliyyət göstərəcək.
Bu barədə “Bein Sports” telekanalı məlumat yayıb. 55 yaşlı çalışdırıcının televizyanın Yaxın Şərq və Şimali Afrikadakı yayımlarında iştirak edəcəyi bildirilir.
Portuqaliyalı mütəxsis yanvarın 17-də Asiya Futbol Çempionatının qrup mərhələsinin Qətər – Səudiyyə Ərəbistanı, yanvarın 19-da isə “Arsenal” – “Çelsi” oyununu başqa tanınmış futbol mütəxəsislərinin iştirakı ilə şərh edəcək.
