“Çelsi”nin sabiq baş məşqçisi Joze Mourinyo karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu xəbəri İngiltərə mətbuatı yazıb.
Portuqaliyalı mütəxəssis öz agenti Jorje Mendeşə “qırmızı şeytanlar”ı çalışdırmağa razı olduğunu bildirib.
Məlumata görə, Mourinyo artıq Mançester təmsilçisinin rəhbərliyi ilə danışıq aparıb. Mendeşin klub direktoru Ed Vudvordla yaxşı münasibətdə olması şansları bir qədər də artırır.
