“Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo komandasının heyətinə daha bir futbolçu qatmağı düşünür.
Korner.az-ın məlumatına görə, bu barədə “Footmercato” nəşri məlumat verib.
Mənbədə bildirilir ki, Mourinyo “Marsel”in heyətində top qovan Lassana Diarra ilə yaxından maraqlanır. Onun futbolçu ilə iş təcrübəsi var (“Çelsi” və “Real” klubunda) və bu baxımdan fransalı oyunçu ilə yenidən işləmək istəyir.
