“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Lester”ə qarşı keçirdikləri İngiltərə Superkubok matçı ilə (2:1) bağlı fikirlərini bölüşərkən maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, mətbuat konfransı keçiilən otağın arxa sıralarında bir jurnalistin yuxulaması portuqaliyalı çalışdırıcının gözündən yayınmayıb.
“Lester” çox maraqlı komandadır. Məncə, yenə fantastik mövsüm keçirəcək. Maraqlı olan həm də odur ki, axırıncı sıralardakı bir centlmen mələk kimi yatıb”, – deyə Joze gülərək hadisəyə reaksiya verib.
