“Atletiko” futbolçusu Saul Nigeslə vidalaşa bilər. Gənc yarımmüdafiəçinin karyerasını İngiltərədə davam etdirmək şansı var.
“Mançester Yunayted” Saulun xidmətində maraqlıdı. Joze Mourinyo rəhbərliklə söhbətində İspaniya yığmasının üzvünün alınmasını istəyib.
O, keçidin baş tutması üçün 2 futbolçunu – Ander Herrera və Xuan Matanı qarşı tərəfə göndərməyə razıdı.
