Mourinyonu o əvəzlədi – Rəsmi
25.06.2024 , 21:42

“Roma”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub baş məşqçisi Daniele De Rossi ilə sözləşməni uzadıb.
Bu barədə İtaliya A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssislə 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
De Rossi bu vəzifədə Mourinyonu əvəzləyib.
