“Çelsi”nin baş məşqçisi Xoze Mourinyo maraqlı təklifi ilə diqqət çəkib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis baş məşqçilərə oyunun birinci və ikinci hissəsində taym-aut götürməsinə icazə verilməsini istəyib:
“Futbolda qaydalar çox gec dəyişir. Qapı xətti texnologiyasının futbolda tətbiqi bir neçə il ləngidi. Ümid edirəm ki, gələcəkdə məşqçilərin matçı dayandıraraq oyunçuları ilə danışmasına imkan veriləcək. Bu, futbola yeni həyəcan gətirəcək. Dünya çempionatında su fasiləsi verilən zaman o vaxt Hollandiya millisini çalışdıran Lui van Qal futbolçular ilə danışaraq bəzi dəyişikliklər etmişdi. Bu isə onlara qələbə qazandırmışdı”.
