“Çelsi”nin baş məşqçisi Joze Mourinyo ilə bağlı şok iddia səsləndirilib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin “Real”da işlədiyi vaxt futbolçuları söydüyü deyilir.
Bu iddia ilə ispan Dieqo Torres Xüsusi insan: Joze Mourinyonun qaranlıq tərəfi” (The Special One: The Dark Side of Jose Mourinho) adlı kitabında yazıb. Kitab müəllifi iddia edib ki, 2011-ci ilin 11 aprelində “Real”la “Barselona” arasında baş tutacaq matçdan bir neçə saat əvvəl “Marka” “Kral Klubu”nun start heyətini yayımlayıb. Buna hirslənən Mourinyo isə futbolçulara “Hamınız xainsiniz. Sizdən heyəti heç kimə deməməyinizi tələb etmişdim, amma siz mənə xəyanət etdiniz. Bu mənim tərəfimdə olmadığınızı göstərir. Hamınız fahişə balasısınız” deyib.
