İngiltərə Premyer Liqasında çıxış edən “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo komandanın şərəfini qoruyan Menfis Depay və Xuan Mata üçün – ” istəyən gedə bilər”- deyə açıqlama verib.
Korner.az-ın verdiyi məlumata görə, Depayın və Matanın qış transfer pəncərəsində başqa komandaya gedə biləcəkləri bildirilir.
Portuqaliyalı məşqçi öz açıqlamasında qeyd edib:”Qış transfer pəncərəsində komandadan getmək istəyən futbolçu başqa kluba satılacaq”. Son zamanlar isə Depayın və Matanın adı Türkiyənin “Fənərbağça” klubu ilə hallanır.
