“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın keçmiş çalışdırıcısı Fatih Terimlə hazırkı baş məşqçi Roberto Mançinini müqayisə edib.
Korner.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Terimin dönəmində İstanbul klubunun qələbə qazanmaq istəyinin daha yüksək olduğunu deyib:
“Qalatasaray”ın qələbə qazanmaq əzmi bir qədər zəifləyib. Ancaq Terimin vaxtında bu, belə deyildi. Bunun səbəbi isə baş məşqçilərin fərqli xarakterlərdə olmasıdır”.
Xatırladaq ki, Mourinyo ötən mövsüm “Real”ın çalışdıran zaman Çempionlar Liqasında “Qalatasaray”la qarşılaşmışdı. O vaxt İstanbul klubunun başında F.Terim idi.
Qeyd edək ki, bu mövsüm “Çelsi” ÇL-in 1/8 finalında “Cim-Bom”la ilk matçda 1:1 bərabərə qalıb.
