“Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo isveçli hücumçu Zlatan İbrahimoviçlə bağlı qərarını dəyişib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis artıq Zlatana ehtiyac duymur.
PSJ-dən ayrılan İbrahimoviçin “qırmızı şeytanlar”a keçidi gözlənilsə də, yeni çalışdırıcı daha gənc hücumçuya ehtiyac duyduğunu açıqlayıb. Onun siyahısında adı olan forvardlar isə Mauro İkardi (“İnter”) və Pyerr-Emerik Obameyanqdı (“Borussiya”, Dortmund).
