Mourinyo Zidan haqqında danışıb
14.03.2019 , 14:40

Joze Mourinyo Zidanın yenidən “Real” Madrid klubuna baş məşqçi seçilməsini dəyərləndirib.
Zidanı möhtəşəm bir məşqçi adlandıran portuqaliyalı mütəxəssis onun özünü isbat etməsi üçün daha bir şansa sahib olduğunu qeyd edib.
“Zidanın özünü yenidən isbat etməsi üçün əlinə yaxşı şans düşüb. Bu dəfə vəziyyət fərqlidir. O, əldə etdiyi uğurun təsadüfi olmadığını göstərməlidir.”
Qeyd edək ki, “Real”a baş məşqçi təyin olunan Zinəddin Zidan Sanytaqo Solarini əvəzləyib.
