UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Qalatasaray"la qarşılaşacaq Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo üçün bu matç əlamətdar ola bilər.
Korner.az-ın məlumatına görə, "kral" klubunun baş məşqçisi "Cim-Bom" səddini keçərsə "Mançester Yunayted"li Ser Aleks Fergüssonun rekorduna şərik olacaq.
Belə ki, "qırmızı şeytanlar"ın çalışdırıcısı Mançester təmsilçisini başçılıq etdiyi 26 il ərzində 7 dəfə yarımffinala daşıyıb. Bu göstəricidən cəmi 1 dəfə az olan portuqaliyalı baş məqçi "Qalatasaray"ı keçməklə rekorda şərik olmaq niyyətindədi. Belə olacaq hal da, Joze Mourinyo turnirin tarixinə düşəcək.
