İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Türkiyə Super Liqasında çıxış edən iki futbolçuya göz dikib.
Korner.az-ın məlumatına görə, bu haqda “Sabah” xəbər yayıb.
Bildirilir ki, həmin oyunçular Cengiz Ündər və Brumadı. “Qırmızı şeytanlar”ın nümayəndələri bu gün baş tutacaq “Başakşehir” – “Gənclərbirliyi” matçında stadionda olacaqlar və Cengiz Ündəri daha yaxından izləyəcəklər. Həmçinin, İngiltərə təmsilçisinin izləmə komitəsi bazar günü Qaziantepə gedərək Brumanı izləyəcək.
