“Yuventus”un müdafiəçisi Aleks Sandro karyerasını İngiltərədə davam etdirə bilər
Belə ki, o,”Mançester Yunayted”in maraq dairəsindədir.
“Mankunianlar”ın baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində müdafiənin sol cinahının gücləndirilməli olduğunu bildirib. Bundan sonra hərəkətə keçən ingilislər “Yuventus”la danışıqlara başlayıblar. Sandronun hazırkı komandasında xoşbəxt olmadığı və Turindən ayrılmaq istədiyi haqda xəbərlər yayılıb.
“Mançester Yunayted” rəhbərliyi bu keçidi qış “transfer pəncərəsi”ndə həyata keçirmək arzusundadı. Danışıqların necə nəticələnəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Sandro 2015-ci ildən “Yuventus”un formasını geyinir. 26 yaşlı futbolçu “qoca sinyora”nın heyətində ümumilikdə 91 oyunda 6 qola imza atıb.
