Joze Mourinyo Braziliyanın Almaniyaya 7-1 hesabı ilə məğlub olmasından danışıb.
Korner.az xəbər verir ki, təcrübəli mütəxəssis fikirlərinə aydınlıq gətirərək bunları deyib: “Yalnız David Luiz yox, Dante, Marselo, Fernandinyo da səhvlər etdi. Komanda olaraq Braziliya çox pis təsir bağışladı”.
Qeyd edək ki, bu matç mundialın hələ ki ən çox qol vurulan qarşılaşmasıdır.
