Mourinyo Qvardiolaya sataşdı
08.03.2019 , 17:00

“Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Joze Mourinyo bu dəfə Pep Qvardiolaya sataşıb.
Portuqaliyalı mütəxəssis Çempionlar Liqasında “Mançester Siti”nin nisbətən asan rəqiblərlə qarşılaşdığını deyib:
“Mançester Siti”nin püşkdə bəxti gətirir. Onlar əvvəlcə, “Şalke” ilə düşdülər. Yəqin, indi də püşk onları “Ayaks” və ya “Portu” ilə qarşılaşdıracaq.
Qeyd edək ki, Joze Mourinyonun yeni mövsümdən Madridin “Real” klubuna baş məşqçi gətiriləcəyi vurğulanıb.
