“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Qızıl top”un futbolda vacib mükafat olmadığını deyib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı çalışdırıcı bu mükafatın komandadakı ulduz futbolçuların qazanılmış uğurdakı payını daha çox göstərməyə hesablanıb.
“Belə mükafatlar futbol üçün heç də yaxşı şey deyil. Bu mükafat sanki ulduz futbolçuların uğurdakı paylarının digər oyunçuıarın paylarından çox olduğunu göstərmək üçündü. Bu, bizim “Çelsi”də təlqin etdiyimiz futbol mədəniyyəti deyil. Bizim komandada heç kim – nə Fabreqas, nə də Hazard “Qızıl top”u qazanmaq üçün baş sındırmır. Onlar yalnız yaxşı oyun və qələbələrin komandaya qazandıracağı fayda haqda düşünürlər”, deyə Mou bildirib.
