"Qalatasaray"ın gənc müdafiəçisi Semih Kaya "Kayserispor" qalibiyətini şərh edərkən, Madrid "Real"ının baş məşqçisi Joze Mourinyonun paltardəyişmə otağına gələrək onlara uğur arzuladıqını deyib.
Korner.az-ın məlumatına görə, "Cim-Bom"un əsas futbolçularından olan Semih verdiyi açıqlamada bunları dedi:
"Joze Mourinyo bizim paltardəyişmə otağımıza gəldi və köhnə futbolçularına baş çəkdi. Hamımıza uğurlar arzu edən Mourinyonun bizim oyunu izləməsi qürurvericidi. O, Çempionlar Liqasında "Real"la oyunöncəsi nəyə qadir olduğumuzu görmək üçün bura gəlmişdi".
