"Qalatasaray" əlindən gələni etdi ki, qələbə qazansın və bu istəklərinə nail oldu".
Korner.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş "Qalatasaray" – "Real" (Madrid) matçından sonra madridlilərin baş məşqçisi Joze Mourinyo deyib.
Mourinyo bildirib ki, ilk hissədən sonra hər kəs hər şeyin bitdiyini düşünürdü, ancaq rəqib toplarlana bildi: "Qalatasaray"ın paltardəyişmə otağına gedib gözəl oyuna görə rəqibi təbrik etdim".
