Mourinyo Pike və Ramos haqqında danışıb
30.04.2019 , 12:45

Joze Mourinyo Jerar Pike və Serxio Ramos haqqında xoş sözlər deyib.
Hazırda şərhçilik edən futbol mütəxəssisi hər iki futbolçunun tək meydanda oynadığı oyunu ilə deyil, həm də digər özəlliklərindən danışıb.
“Real” və “Barselona” kimi klublarda oynayırsansa, təkcə oynadığın futbol ilə yaddaş da qalmırsan. Həm xarakter göstərməlisən, həm də fenomen olmaq lazımdır. Pike və Ramos dediklərimi tamamlayan iki əsas futbolçudur.
