Çelsi”nin baş məşqçisi Joze Mourinyo növbəti açıqlama verib.
Korner.az-ın məlumatına görə, o bildirib ki, ötən mövsüm futbolçusu Eden Hazard “Real”ın hücumçusu Kriştiano Ronaldodan daha yaxşı oynayıb:
“Ronaldo mükəmməl deyildi demirəm. Sadəcə mənim fikrimcə, bütün futbolçular anlamalıdır ki, komanda hər şeydən öncə gəlir. Ronaldo ötən mövsüm kubok qazana bilmədi. Futbol isə kuboksuz heç bir şeydir. Messi üç kubok qazandı. Mən komanda ilə deyil, şəxsi müfakatılar qazanan futbolçuları və baş məşqçiləri bəyənmirəm”.
