Mourinyo: “Nə zaman ki, “Real” məğlub olur…”
06.03.2019 , 20:50

Madrid “Real”ının sabiq çalışdırıcısı Joze Mourinyo “kral klubunun” “Ayaks” ilə görüşü barədə danışıb.
Futbolda məğlubezilməz komandanın olmadığını deyən portuqaliyalı mütəxəssis sözlərinə bunu əlavə edib:
“Futbolda məğlubedilməz komanda yoxdur. Bu gün qələbə qazanıb, sabah məğlub ola bilərsiniz. Bu, futboldur. Lakin, nə zaman ki, “Real” məğlub olur, o zaman bütün Dünya sevinir. Madriddə azarkeşlərin yenidən adımı səsləndirib, məni geri istməsini görmək çox xoşdur.”
Qeyd edək ki, Joze Mourinyonun “Real”ın yeni baş məşqçisi olacağı ehtimal olunur.
