Mourinyo: “Messiyə qarşı həmişə çətin olurdu”
13.03.2019 , 14:46

Joze Mourinyo”Real” Madridi çalışdırdığı zaman Messiyə qarşı keçirilən oyunların çətin olduğunu etiraf edib.
Messiyə qarşı oynadıqları oyunlar zamanı iki dəfə düşündüyünü diqqətə çatdıran portuqaliyalı mütəxəssis bunları deyib:
“Kriştiano Ronaldo mənim rəhbərliyim altında oyunlara çıxanda özümü çox xoşbəxt hiss edirdim. Ancaq Messiyə qarşı oynadığımız oyunlar zamanı həddən çox düşünməli olurdum”.
Qeyd edək ki, Joze Mourinyonun adı “Real” ilə hallansa da, “kral klubu” yenidən Zidanı kluba baş məşqçi gətirib.
