Mourinyo: “Messi “Qızıl Top”a layiq deyil”
18.05.2019 , 13:45

“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo “Barselona”nın futbolçusu Lionel Messini “Qızıl top”a layiq olmadığını deyib.
Portuqaliyalı futbol mütəxəssisi buna səbəb kimi onun Çempinlar Liqasında finala çıxa bilməməsini vurulayıb.
“Mən Messinin bu il “Qızıl top”a layiq olduğuna şübhə edirəm. Çünki onun komandası Çempionlar Liqasında mübarizəni dayandırıb. Mənə görə bu mükafatı liqanın finalında oynayacaq futbolçuya vermək lazımdır”.
Qeyd edək ki, Lionel Messi cari mövsüm meydana çıxdığı 48 görüşdə 48 qol vurub və 22 məhsuldar ötürmə edib.
