Mourinyo: “Messi bilir ki…”
20.04.2019 , 18:15

Joze Mourinyo Lionel Messinin bu mövsümki performansını dəyərləndirib.
Portuqaliyalı məşqçi argentinalını tərifləyib və onun Qızıl Topa ən real namizəd adlandırıb.
“Messi möhtəşəm bir mövsüm keçirir. “Yuventus” və Ronaldo Çempionlar Liqasından kənarda qaldığı üçün Qızıl Top mükafatına ən ideal şəxs elə onun özüdür. Əgər “Liverpul” ilə bacarsalar, Messi hədəfə daha da yaxın olacaq. Mənə görə isə şanslar bərabərdir.”
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalı çərçivəsində keçiriləcək “Barselona” – “Liverpul” görüşünün birincisi mayın 1-i “Kamp Nou”da olacaq.
