Joze Mourinyo “Mançester Yunayted”lə ilkin müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, sözləşməyə əsasən, klub Mourinyo ilə mayın 1-nə kimi rəsmi müqavilə bağlamasa, ona 6,5 milyon avro kompensasiya ödəməli olacaq.
İyunun 1-nə kimi imzalamasa isə bu məbləğ 13 milyon avro olacaq. Müqavilədə nəzərdə tutulub ki, əgər Mourinyo klubla müqavilə imzalamaqdan imtina edərsə, portuqaliyalı da müəyyən kompensasiya ödəməli olacaq.
