Mourinyo: “Mənim növbəti dayanacağım…”
24.04.2019 , 21:04

Joze Mourinyo yeni mövsümdə yenidən öz işinin başına qayıdacaq.
Portuqaliyalı mütəxəssis hər hansı İngiltərə klubunu çalışdırmayacağını vuruğulayıb.
“Növbəti iş yerim İngiltərə olmayacaq. Hara getsəm də, çempion olma ehtimalım 100 faizdir. Bəlkə insanların yaddaşları zəifləyib, amma mən sonuncu finalımı 8 ay əvvəl oynamışam.”
Qeyd edək ki, Joze Mourinyonun növbəti iş yerinin Fransa olacağı ehtimal olunur.
