"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo klub prezidenti Florentino Perezlə münasibətlərinin soyuq olması səbəbilə mövsümün sonu komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.
Korner.az-ın məlumatına görə,o, gələcək karyerası ilə bağlı suala belə cavab verib: “Mənim üçün gələcək Çempionlar Liqasında "Ayaks"la keçirəcəyim 101-ci oyundur
F.Perezlə münasibətləri ilə bağlı Mourinyo bunları bildirib: “Mən öz işimi görürəm. Burada problemim yoxdur, xoşbəxtəm. Florentino Perezdən də soruşun, o məndən xoşbəxtdirmi? Mən bu mövzuda daha danışmaq istəmirəm”.
