Mourinyo: “Mən axı demişdim ki…”
18.04.2019 , 18:09

“Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Joze Mourinyo keçmiş komandasının “Barselona” ilə görüşünü dəyərləndirib.
Portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”ın Messinin qarşısını düzgün almadığını bildirib.
“Mən çox dedim ki, əgər top Messiyə gəlirsə, onu tək buraxmaq olmaz. Bir futbolçu ilə onun qarşısını almaq çətindir. Messiyə müdaxilə etmək lazımdır. Yunayted futbolçuları bunu bacarmadı.”
