Britaniya mətbuatı İngiltərə Premyer Liqasının ötən turu çərçivəsində “Lester”ə qarşı keçirdiyi oyunda məğlub olan “Çelsi”nin baş məşqçisi Joze Mourinyonun qalmaqallı açıqlaması ilə çalxalanır.
Korner.az-ın məlumatına görə, portəgiz çalışdırıcı rəqibi uzun müddət analiz etdiyini və 3 gün xüsusi məşqlər keçdiyini deyib.
“Xəyanətə uğradığını hiss edirəm. Artıq “ilk dördlüyə” düşə bilmərik. Bu matç üçün dörd gün təhlillər apardım, rəqibə qarşı hər şeyi hazırladım. İndiyədək vurduqları qolları araşdıraraq futbolçularıma 3 ün məhz bu istiqamətdə məşqlər keçdim. Dürüst olduqlarını bilirəm, soruşun özlərindən, sözlərimi təsdiqləyəcəklər. Məşq etdiyimiz iki vəziyyətin hər ikisindən qol buraxdılar. Qalmaq istəyirəm. Ümid edirəm, idarə heyəti və Abramoviç də qalmağımı istəyir”, – deyə bildirən Mourinyonun açıqlamasını “The Sun” qəzeti “Xəyanətə uğradım”, “Daily Mirror” qəzeti “Xəyanətə uğradı”, “The Guardian” isə “Mourinyo: Futbolçular mənə xəyanət etdi” başlığı ilə manşetə çıxarıb.
