“Çelsi”nin baş məşqçisi Xose Mourinyo Premyer Liqanın XII turu öncəsi maraqlı açıqlamalarla gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, məğlubiyyətsiz seriya ilə bağlı jurnalistlərin suallarını cavablandıran mütəxəssis bunları dilə gətirib:
“Qələbələrimizin heç biri təsadüfi deyil. Vurduğumuz qollar, göstərdiyimiz gözəl oyunun nəticəsidi. Deyə bilmərəm ki, İPL-da ən güclü bizik. Bir yox, bir neçə dəfə uduza bilərik. Bundan heç kim sığortalanmayıb”
Qeyd edək ki, “Çelsi” bu mövsüm İngiltərədə 11 turdan sonra məğlub olmayan tək klubdu.
